Ticarət mərkəzi qana boyandı: Oğlunu öldürdülər, atayı ağır yaraladılar
28.04.2025 13:12
3368
Kriminal
A
Ticarət mərkəzi qana boyandı: Oğlunu öldürdülər, atayı ağır yaraladılar

Qoridə şəhərində yerləşən "Qalereya" ticarət mərkəzində silahlı atışma olub, 30 yaşlı oğlan öldürülüb, atası isə yaralanıb.

Aktual.ge xəbər verir ki, ticarət mərkəzində atəşi mağazalardan birinin sahibi açıb. Atışma nəticəsində gənc oğlan hadisə yerində həlak olub, atası isə yaxınlıqdaki klinikaya aparılıb. Həkimlərin sözlərinə görə, yaralının vəziyyəti ağırdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, təqsirləndirilən şəxs və zərərçəkən uzun illərdir bir-birilərini tanıyır və onilliklərdir "Qalereya"da mağazalara sahiblik edirlər.

Ticarət mərkəzindən yerli mətbuata verilən məlumata görə, tacirlər arasında mübahisə satılan mallar səbəbindən baş verib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi (iki və ya daha çox şəxsin qəsdən öldürülməsinə cəhd) üzrə istintaq başlanıb. Təqsirləndirilən şəxs saxlanılıb.

ŞƏRH YAZ
14