Azyaşlı ailə üzvünə qarşı fiziki zorakılıq və məcbur etmə faktı ilə ana və nənə həbs edilib
28.04.2025 17:30
738
Siyasət
A
Azyaşlı ailə üzvünə qarşı fiziki zorakılıq və məcbur etmə faktı ilə ana və nənə həbs edilib

Azyaşlı ailə üzvünə qarşı fiziki zorakılıq və məcbur etmə faktı üzrə ana və nənəyə rəsmi ittiham irəli sürülüb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər azyaşlının anası və nənəsi ona müxtəlif bədən nahiyələrində çoxsaylı xəsarətlər yetiriblər və cəza məqsədilə onu yaşayış yerini tərk etməməyə məcbur ediblər.

Şübhəli şəxslər hüquq-mühafizə orqanları tərəfindən 25 aprel tarixində saxlanılıb. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126  maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri (ailə üzvünə qarşı qrup şəklində azyaşlıya fiziki zorakılıq) və 11 prim 150-ci maddənin 2-ci hissəsinin “a” və “b” bəndləri (ailə üzvünə qarşı qrup şəklində azyaşlıya məcburiyyət tətbiqi) ilə ittiham irəli sürülüb.

Qeyd olunan əməllərə görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Hazırda bu cinayət işi üzrə istintaq Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən davam etdirilir.

ŞƏRH YAZ
6