İlham Əliyev:
28.04.2025 22:03
218
Dünya
A
İlham Əliyev: "Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir"

"Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik".

Aktual.ge AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycanın Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirib.

İlham Əliyev qeyd edib:

"Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində".

ŞƏRH YAZ
9