
29-30 aprel və 1 may tarixlərində Gürcüstanda sərin və arada yağışlı hava şəraiti davam edəcək.
Aktual.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Tbilisidə 29 aprel tarixində soyuq, buludlu, dumanlı və yağışlı hava gözlənilir. Havanın temperaturu günorta saatlarında +8, +10 dərəcə olacaq. 30 aprel və 1 may tarixlərində isə qısamüddətli yağış müşahidə oluna bilər, havanın temperaturu +18, +20 dərəcəyədək yüksələcək.
Sahil bölgəsi:
Batumi, Kobuleti, Anaklia, Poti: 29 aprel tarixində yaöışsız hava olacaq, lakin 30 apreldən etibarən yenidən yağış gözlənilir.
Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə olacaq, 1 mayda isə hava nisbətən istiləşəcək.
Kvemo Kartli bölgəsi:
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali: 29 aprel tarixində soyuq, buludlu, dumanlı və yağışlı hava gözlənilir. Qori-Surami yol sahəsində güclü külək əsəcək. Havanın temperaturu günorta saatlarında +6, +11 dərəcə olacaq.