29.04.2025 01:24
429
Dünya
A
"Ölkəni və dünyanı idarə edirəm, bu mənə çox əyləncəli gəlir" - Tramp

ABŞ Prezidenti Donald Tramp hazırda ABŞ-ı və bütün dünyanı idarə edərək həyatın dadını çıxardığını bildirib.

Aktual.ge xəbər verir ki, dövlət başçısı bunu "The Atlantic" jurnalına verdiyi müsahibədə söyləyib.

"Birinci müddətdə ölkəni idarə edir və qeyri-ədalətli insanlara qarşı mübarizə apararaq yaşamaq üçün çalışırdım. İkinci müddətdə isə eyni zamanda, dünyanı da idarə edirəm, bu mənə çox əyləncəli gəlir" , - deyə Tramp qeyd edib.

ŞƏRH YAZ
18