ERA teatrı Marneulidə “Qaranlıq Xətt” adlı yeni tamaşasının premyerasını təqdim edib - VİDEO
29.04.2025 11:06
196
Siyasət
A
ERA teatrı Marneulidə “Qaranlıq Xətt” adlı yeni tamaşasının premyerasını təqdim edib - VİDEO

ERA teatrı Marneuli Mədəniyyət Evində “Qaranlıq Xətt” adlı yeni tamaşasının premyerasını təqdim edib. 

Anşılaqla baş tutan tamaşa teatrın Gürcüstandakı qastrol proqramı çərçivəsində ilk dəfə Marneulidə tamaşaçılara nümayiş olunub.

Pyesin müəllifi və tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğlu tamaşadan öncə çıxışında bildirib ki, bu gün Marneulidə təqdim olunacaq “Qaranlıq Xətt” adlı tamaşa yalnız premiyeradır. O, rəhbərlik etdiyi Era teatrının gələcəkdə də müxtəlif tamaşalar sərgiləyəcəylərini bildirib və sözügedən tamaşanın həyata keçirilməsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə göstərdiyi  dəstəyə görə təşəkkür edib. 

Baş rollarda Elnur Vəlizadə və İsnar Fərzəliyevin yer aldığı "Qaranlıq Xətt” adlı tamaşa psixoloji gərginlik və insanın daxili mübarizəsini əks edirib.

ŞƏRH YAZ
6