
Kateqoriyalar
"Hindistan Pakistana hücum edərsə və ölkəmizin mövcudluğu təhlükə altına düşərsə, planetdə heç kim sağ qalmayacaq".
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Havaca Məhəmməd Asif deyib.
Nazirin sözlərinə görə, Pakistan yox olarsa, o, digər dövlətlərin də sağ qalmasına imkan verməyəcək:
"Heç bir ölkəyə bu planetdə bizsiz yaşamasına imkan verməyəcəyik. Allah etməsin, lakin belə də olacaq".