
Kateqoriyalar
Salome Zurabişvili gürcü diplomatlarla görüş keçirir – Çovelidze ofisində beşinci prezidentlə bir araya gələnlər arasında siyasi ekspertlər də var.
Aktual.ge xəbər verir ki, qapalı qapılar arxasında keçirilən görüşdə əsas müzakirə mövzularından biri “MEGOBARI Aktı” ola bilər.
Xatırladaq ki, 6 may tarixində ABŞ Nümayəndələr Palatasında “MEGOBARI Aktı” 349 konqresmenin dəstəyi ilə qəbul olunub ki, bu da qanun layihəsinin 80%-lik dəstəklə keçməsi deməkdir.
Dünən, 7 mayda isə məlum olub ki, Senat “MEGOBARI Aktı”nı müzakirəyə qəbul edib. Qanun layihəsi artıq Senatın gündəliyinə salınıb və gözlənilir ki, yaxın həftələrdə birgə iclasda müzakirəyə çıxarılacaq. Bundan sonra yalnız Donald Trampın imzası qalacaq.