Marneuli-Sadaxlı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib
08.05.2025 16:11
648
Siyasət
A
Marneuli-Sadaxlı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib

İmir kəndi ərazisində iki avtomobil - "Mercedes" markalı minik maşını və "Ford" markalı evakuator toqquşub.

Aktual.ge xəbər verir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarəttt alanlar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
11