
9 May tarixində Tbilisinin Avropa meydanında “Güc Avropadadır, güc birlikdədir” şüarı ilə aksiya keçiriləcək.
Aktual.ge xəbər verir ki, aksiya saat 19:00-da planlaşdırılıb, bundan əvvəl paytaxtın bir neçə prospektindən Avropa meydanına qədər vətəndaşlar yürüşlə gələcəklər.
Aksiyaya müxtəlif ictimai qruplar, o cümlədən yazıçılar, nəşriyyatçılar, mədəniyyət sahəsinin nümayəndələri, tələbələr və başqaları qoşulacaqlarını artıq elan ediblər.
Sosial şəbəkədə təşkilatçıların elanında qeyd olunub ki, Avropa gününü Gürcüstan xalqı Avropa gələcəyi uğrunda mübarizə ilə qarşılayacaqlar.
“9 May Avropa günüdür və bizim birliyimizin günüdür. 75 il əvvəl Avropa İttifaqının təməli qoyuldu — bəşər tarixində dövlətlərin ən güclü birliyi, harada ki, hər bir ölkə və hər bir vətəndaş azaddır və xarici təhlükələrdən, dövlət zorakılığından, ədalətsizlikdən və yoxsulluqdan qorunur. Əsrlər boyu gürcü kimliyindən imtina etmədən, düşmənə təslim olmadan, Avropa İttifaqının qapısına qədər mübarizə apararaq gəldik. Avropa günü hər bir azadlıqsevər insan üçün xalqın iradəsinin şər üzərində qələbəsinin bayramıdır", - qeyd olunub.
Bundan əlavə, Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili, QHT rəhbərləri və müxalifət partiyalarıda aksiyaya qoşulacaqlarını bildiriblər.