
Kateqoriyalar
"Bizim məqsədimiz 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə şurası seçkilərində qələbə qazanmaqdır".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hakim partiyanın qələbəsi qaçılmazdır.
"Təbii ki, [yerli özünüidarəetmə seçkilərində] müxalifətin heç bir şansı yoxdur. Biz 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə şurası seçkilərində qalib gəlməyi planlaşdırırıq və bu, qaçılmazdır. Hamınız görürsünüz hakim partiyanın reytinqi necədir, müxalifət partiyalarının reytinqləri necədir, buna görə də bu nəticənin əldə olunmasına heç nə mane ola bilməz" , - qeyd edib İrakli Kobaxidze.