Gürcüstan hökuməti milli həndbol komandasına bir milyon lari verəcək
09.05.2025 13:33
200
Siyasət
A
Gürcüstan hökuməti milli həndbol komandasına bir milyon lari verəcək

Gürcüstan hökumətinin qərarına əsasən, ölkənin milli həndbol komandası Avropa çempionatına vəsiqə qazandığına görə bir milyon lari məbləğində pul mükafatı alacaq.

Aktual.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Məlumata görə, müvafiq fərmanı baş nazir İrakli Kobaxidze artıq imzalayıb.

Bildirilib ki, "Tbilisi Arena"da keçirilən həlledici qarşılaşmada Gürcüstan millisi Yunanıstan yığmasını 29:26 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionatında iştirak hüququ qazanıb.

Qarşılaşmanı Gürcüstan prezidenti və hökumət üzvləri ilə birlikdə izləyən baş nazir İrakli Kobaxidze oyundan sonra komandanın üzvlərinə təşəkkür edib, onları qələbə münasibətilə təbrik edərək gələcəkdə uğurlar arzulayıb.

Qeyd edək ki, Gürcüstan millisi seçmə mərhələnin son oyununu mayın 11-də İslandiyada keçirəcək. Avropa çempionatı isə yanvarın 15-də başlayacaq. Oyuna İsveç, Danimarka və Norveç ev sahibliyi edəcək.

ŞƏRH YAZ
9