09.05.2025 13:42
210
Siyasət
A
"Avropalı məmurlar "dərin dövlət"dən tapşırıq alaraq Gürcüstanın milli maraqlarına qarşı çıxırlar" - Kobaxidze

Avropa strukturlarında çalışan bəzi məmurlar “Deep State” (dərin dövlət) adlandırılan qüvvələrdən tapşırıq alaraq Gürcüstanın milli maraqlarına qarşı yönəlmiş siyasət yürüdürlər.

Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze deyib.

"Bu, ədalətsizliyin davamıdır. Təəssüf ki, bu ədalətsizlik avropalı məmurların əli ilə həyata keçirilir. Biz hər şeyi etdik ki, Gürcüstan namizəd statusu alsın. Lakin bu günə qədər 2022-ci ildə niyə bu statusdan məhrum edildiyimizə dair cavab yoxdur", -deyə o bildirib.

Kobaxidzenin sözlərinə görə, “Deep State” nümayəndələri Gürcüstan hökumətindən Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb ediblər, amma hökumət bu təklifi rədd edib. Bunun ardınca isə Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidəki səfiri geri çağırıb.

"Heç bir Avropa ölkəsi bu qərarı tənqid etmədi, çünki bu, koordinasiyalı şəkildə həyata keçirilmişdi. Bizə deyildi ki, sanksiyalara qoşulmalıyıq və könüllü döyüşçülər göndərməliyik. Biz bunu etmədik, nəticədə səfir geri çağırıldı. Və bu iki səbəbə görə – sanksiyaların tətbiq olunmaması və döyüşçülərin göndərilməməsi – bizə qarşı siyasi təzyiqlər başladıldı", - deyə Baş nazir vurğulayıb.

ŞƏRH YAZ
19