
Xəbər verdiyimiz kimi, Marneulidə imamcümələr sırasına daha biri - Seyid Dr.Mirismayıl Əsədov əlavə olunub.
Aktual.ge xəbər verir ki, yeni imamcümə bu gün Marneuli Mərkəzi İmam Əli əleyhissalam Məscidində ilk xütbəsini edib və ardından Cümə namazını icra edib.
O, ilk xütbəsində ictimai, siyasi mövzulara toxunmayıb, daha çox İslamın mənəvi dəyərlərindən, əxlaq və dini dəyərlərə çağırışlardan bəhs edib.
Qeyd edək ki, Aktual.ge xəbər portalı Aprel ayının 24 ilk dəfə xəbər vermişdi ki, Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin (ÜGMADİ) təsisçilərindən biri, Mirismayıl Əsədov Marneuli şəhərinin yeni imamcüməsi dini vəzifəsinə təyin olunub. Hazırda Marneulinin 4 imamcüməsi mövcuddur - Hacı Hacıyev, Hacı Rasim Məmmədov, Hacı Əziz Nəbiyev və Seyid Mirismayıl Əsədov. Bunu da qeyd edək ki, Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə) Məscidində Cümə namazı 2015-ci ildən icra olunur.