
"Əgər Gürcüstan demokratik inkişaf yoluna qayıdarsa, biz Gürcüstanın Avropa İttifaqına üzvlüyü üçün birgə işləməyə hazırıq".
Aktual.ge xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Gürcüstandaki səfiri Pavel Qerçinski Tbilisi "Expo Georgia" zalında keçirilən Avropa günü ilə bağlı tədbirdən sonra jurnalistlərə müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, Avropa İttifaqı 2023-cü ildə Gürcüstana tarixi bir şans verdi, lakin hazırda Gürcüstanda demokratiya təhlükə altındadır.
"Gürcüstan və Avropa İttifaqının uğurlu tərəfdaşlıq tarixi uzun və zəngindir. Bu münasibətlər Gürcüstana çox fayda gətirib. Avropa İttifaqı sizin kəndlərinizdə və şəhərlərinizdə çox işlər görüb. Artıq üçüncü ildir ki, Avropa Gününü sizinlə birlikdə qeyd etmək şərəfinə nail oluram. 2023-cü ildə Avropa İttifaqı Gürcüstanın qarşısında Avropa qapısını açdı və Gürcüstan Aİ-yə namizəd ölkə oldu. Hazırda Gürcüstanda demokratiya təhlükə altındadır. Avropa ailəsinin üzvü olmaq Gürcüstan üçün bir fürsətdir. Bu, xalqın və dövlətin suveren seçiminə əsaslanır. Aİ-yə üzvlük sülh və rifah deməkdir. Gürcü xalqının Avropanı seçməsi isə açıq və aydındır. Əgər Gürcüstan demokratik inkişaf yoluna geri dönərsə, biz Gürcüstanın Aİ-yə üzvlüyü üçün birgə işləməyə tam hazırıq. Biz Gürcüstanın dostları olmaqdan qürur duyuruq" , - deyə o, qeyd edib.