
Bu gün müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 ili tamam olur.
Aktual.ge xatırladır ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. Gəncliyində təhsilini yarımçıq qoyaraq dövlət təhlükəsizliyi orqanlarında işləməyə başlayıb, SSRİ DTK-da yüksək vəzifələr tutub, general-mayor rütbəsi alıb.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilib, SSRİ rəhbərliyində mühüm vəzifələrdə çalışıb. 1987-ci ildə Sovet rəhbərliyinin siyasətinə etiraz olaraq istefa verib.
1990-cı ildən sonra siyasi fəaliyyətini Naxçıvanda davam etdirib, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdıb, həmin il Prezident seçilib. 1998-ci ildə bu vəzifəyə yenidən seçilib. 2003-cü ildə səhhəti ilə bağlı namizədliyini geri götürüb və həmin il dekabrın 12-də vəfat edib.
Heydər Əliyev SSRİ-nin və xarici ölkələrin ali mükafatlarına, orden və medallarına layiq görülüb. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib.
Aktual.ge xəbər portalı Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev ömür yolu ilə bağlı hazırladığı xüsusi video süjeti təqdim edir: