Marneulidə avtomobil qəzası: 2 yaralı FOTO/VİDEO
10.05.2025 15:39
1360
Hadisə
A
Marneulidə avtomobil qəzası: 2 yaralı FOTO/VİDEO

Marneuli–Sadaxlı magistralının Bəylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge-nin xəbərinə görə, qəza günorta saatlarında qeydə alınıb.

Hadisə zamanı “Toyota” və “Mitsubishi” markalı minik avtomobilləri sərt şəkildə toqquşub. Toqquşma nəticəsində “Mitsubishi” markalı avtomobil yoldan çıxaraq yaxınlıqdakı çaya aşıb. Qəza zamanı iki nəfər xəsarət alıb və yaralılar Marneuli şəhərindəki klinikaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
12