Hava şəraiti pisləşəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
10.05.2025 23:58
797
Maraqlı
A
Hava şəraiti pisləşəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Gürcüstanda hava şəraiti pisləşəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Hava proqnozuna görə, 10 may axşamından 14 mayadək ölkə ərazisində arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə yağışlar güclü olacaq, həmçinin ildırım, dolu və küləyin güclənməsi ehtimalı var.

"Gözlənilən yağışlı hava Gürcüstanın çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və yüksək dağlıq ərazilərdə isə sürüşmə və palçıq seli kimi geoloji proseslərin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər", - Agentlik əhaliyə xəbərdarlıq edib.

Qeyd olunub ki, havanın pisləşməsi ilə bağlı təhlükə səviyyəsi orta olaraq dəyərləndirilir.

ŞƏRH YAZ
6