Qanlı hadisə: Orta yaşlı kişi qətlə yetirilib
12.05.2025 14:13
950
Kriminal
A
Qanlı hadisə: Orta yaşlı kişi qətlə yetirilib

Kaxeti bölgəsinin Axmeta bələdiyyəsində qətl hadisəsi baş verib. 

Aktual.ge xəbər verir ki, həmyerlisi təxminən 40 yaşlı kişini atıcı silahla qətlə yetirib.

Qanlı hadisənin törədicisidə yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisə gecə saatlarında qeydə alınıb. Həm öldürülən, həm də cinayətkar Kistauri kəndinin sakinləridir.

Yerli sakinlərin məlumatına görə, hər ikisi eyni süfrə arxasında olub, bu zaman aralarında mübahisə başlayıb.

Versiyalardan birinə görə, ilk olaraq Ramaz Lepsveridze güllələnib, bundan sonra o, Caba Kviçaşviliyə ölümcül xəsarət yetirib.

Hadisənin səbəbləri polis tərəfindən araşdırılır. İstintaq davam edir.

ŞƏRH YAZ
7