Hər kəsi maraqlandıran Rikoti yolu ilə bağlı açıqlama
13.05.2025 09:26
912
Maraqlı
A
Hər kəsi maraqlandıran Rikoti yolu ilə bağlı açıqlama

Rikotinin qalan 4 kilometrlik (Çumateleti-Xevi) hissəsində intensiv işlər davam etdirilir.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı İnfrastruktur Nazirliyi yayıb.

Nazirliyin verdiyi məlumata görə, 4 kilometrlik hissənin şərq-qərb istiqamətində 2 zolaqlı yolun tikintisi tezliklə başa çatacaq.

“Məlum hissədə düzəldilmiş 2 zolaqda hər iki istiqamət üzrə nəqliyyat müvəqqəti olaraq hərəkət edəcək və köhnə yolun rekonstruksiya-bərpa işləri başlanacaq. Həmin sahədə 3 zolaqlı yol və 5 yeni körpü inşa ediləcək. Köhnə yolun rekonstruksiya-bərpa işləri tamamlandıqdan sonra, Rikotinin 52 kilometrlik magistral yolu nəqliyyat üçün tam açıq olacaq.

Rikoti magistral yolunun tikintisi layihəsi çərçivəsində ümumilikdə 52 kilometrlik 4 zolaqlı magistral yol, 51 tunel və 97 körpü inşa edilir. Hazırda nəqliyyat artıq 48 kilometrlik yeni 4 zolaqlı yoldan (49 tunel və 88 körpü ilə) istifadə edir” , - deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

ŞƏRH YAZ
11