DİN:
13.05.2025 11:16
456
Siyasət
A
DİN: "Narkotik cinayətlərinə görə 5 nəfər saxlanılıb"

Narkotik cinayətləri ilə bağlı 5 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Acara, Şida Kartli və İmereti polis departamentlərinin əməkdaşları son dövrlərdə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində narkotik cinayətlərinə görə 5 nəfəri saxlayıblar.

Saxlanılan şəxslər arasında Gürcüstan vətəndaşları – Ş.V. (1982-ci il təvəllüdlü) və İ.M. (1996), eləcə də xarici ölkə vətəndaşları – D.S. (2006), A.B. (1974) və S.K. (1995) yer alır. Onlara qarşı xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı, satışa cəhd və narkotik tərkibli bitkilərin qanunsuz becərilməsi kimi ittihamlar irəli sürülüb.

Bildirilib ki, əməliyyat çərçivəsində polis məhkəmə qərarı əsasında narkotik vasitələrin gizli yolla alınmasını həyata keçirib, bu proses audio və video vasitəsilə qeydə alınıb.

"Təqsirləndirilən şəxslərin şəxsi əşyalarına və yaşayış ünvanlarına baxış zamanı müxtəlif növ narkotik maddələr – heroin, metadon, marixuana və kannabis bitkiləri, həmçinin elektron tərəzilər və qablaşdırma üçün istifadə olunan materiallar aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayət faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı, 18-260-cı, 265-ci və 273¹-ci maddələri ilə aparılır. Bu əməllərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur" , - qeyd olunub.

ŞƏRH YAZ
0