Keçmiş XİN rəhbəri Baş nazirin Trampa məktubuna reaksiya verdi:
13.05.2025 11:53
603
Siyasət
A
Keçmiş XİN rəhbəri Baş nazirin Trampa məktubuna reaksiya verdi: "Gürcü Arzusu ümidsiz vəziyyətdədir, sonu yaxınlaşır"

"Gürcü Arzusu ümidsiz vəziyyətdədir, anlayır ki, sonu yaxınlaşır".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın sabiq xarici işlər naziri Mixeil Canelidze Baş nazir İrakli Kobaxidzenin ABŞ prezidenti Donald Trampa və ABŞ-ın vitse-prezidenti Cey Di Vensə ünvanladığı açıq məktubuna münasibət bildirib.

O, qeyd edib ki, “ölkəmizin başına gələnlər utancverici və ağrılıdır".

“Bu gün Kobaxidze tərəfindən dərc olunmuş açıq məktubdan görünən yeganə müsbət hal odur ki, ‘Gürcü Arzusu’ artıq ümidsiz vəziyyətdədir və sonunun yaxınlaşdığını dərk edir” , - deyə Mixeil Canelidze “Facebook”da yazıb.

Xatırladaq ki, Baş nazir İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa və ABŞ-ın vitse-prezidenti Cey Di Vensə açıq məktubla müraciət edib. Onun sözlərinə görə, bir neçə həftə əvvəl ABŞ-a Gürcüstan-Amerika münasibətləri ilə bağlı məktub ünvanlayıb, lakin hələ də cavab almayıb. İrakli Kobaxidze məktubda Gürcüstan hökumətinin nümayəndələrinə qarşı tətbiq olunan sanksiyalardan danışır və ABŞ administrasiyasına müraciət edərək bildirir ki, Baydenin qərarlarını sərt şəkildə tənqid etmələrinə baxmayaraq, onun “cinayət xarakterli qərarlarını” hələ də ləğv etməyiblər. Bundan əlavə, İrakli Kobaxidze məktubunda qeyd edib ki, Gürcüstan hökuməti ilə ABŞ administrasiyası arasında tam dəyər uyğunluğu mövcuddur.

ŞƏRH YAZ
4