Kateqoriyalar
Arçil Çikovani Batumi meri vəzifəsindən istefa verib.
Aktual.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.
“Mən Batumi meri vəzifəsini tərk etmək qərarına gəldim. Şəhər rəhbəri olmaq böyük şərəf və mühüm məsuliyyət idi. Mən Batumi sakinlərinə göstərdikləri etimada və dəstəyə görə təşəkkür edirəm, eləcə də illər ərzində şəhərimizin rifahı naminə birlikdə çalışdığım komandama təşəkkür edirəm.
Xüsusi təşəkkürümü ‘Gürcü Arzusu’ adlı böyük ailəyə bildirirəm və əlbəttə, bu komandanın sadiq üzvü olaraq qalacağam”, – deyə Arçil Çikovani qeyd edib.