
Kateqoriyalar
Rustavidə yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, Dostluk prospektində piyada keçidində “Mercedes” markalı avtomobil nənə və nəvəni vurub.
Xəsarət alan nənə və nəvə təcili yardım briqadası tərəfindən Rustavi klinikasına çatdırılıb.
Hadisə yerinə patrul polisi və xilasetmə xidməti əməkdaşları cəlb olunub.