
Kateqoriyalar
İnvestisiya bankı Galt & Taggart-ın qiymətləndirməsinə görə, yanvar-aprel aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə artmayıb.
Aktual.ge xəbər verir ki, əşkilatın həftəlik icmalına əsasən, 2025-ci ilin aprelində turizmdən əldə olunan gəlir 300 milyon ABŞ dolları təşkil edib.
"Qiymətləndirməmizə görə, ümumilikdə, 2025-ci ilin yanvar-aprel aylarında turizmdən əldə olunan gəlir 1,1 milyard ABŞ dollarına bərabər olub (ötən illə müqayisədə dəyişməyib). Proqnozumuza əsasən, 2025-ci ildə turizmdən əldə olunan ümumi gəlir 4,5 milyard ABŞ dollarına çatacaq", – deyə icmalda qeyd olunub.