Gecə çaya düşən avtomobilə görə Kürün su səviyyəsi azaldılır - DİN MÜHÜM BƏYANAT
14.05.2025 11:13
853
Hadisə
A
Gecə çaya düşən avtomobilə görə Kürün su səviyyəsi azaldılır - DİN MÜHÜM BƏYANAT

Daxili İşlər Nazirliyi Mtkvari çayının sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin çaya düşməsi ilə bağlı bəyanat yayıb.

Aktual.ge xəbər verir ki, DİN bu mərhələdə Kür çayından bir nəfər sağ-salamat çıxarıldığını, avtomobildə olan digər sərnişinlərlə bağlı isə xilasetmə tədbirlərinin davam etdiyini bildirib.

“Tbilisidə, Mtkvari (Kür) çayının sol sahilində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində içərisində bir neçə sərnişin olan avtomobil Mtkvari çayına aşıb. Daxil olan məlumat əsasında dərhal yanğınsöndürən-xilasedicilər tərəfindən axtarış-xilasetmə tədbirlərinə başlanılıb və nəticədə sudan bir nəfəri salamat çıxarmaq mümkün olub. Hazırda avtomobildə olan digər sərnişinlərlə bağlı xilasetmə işləri fasiləsiz rejimdə davam etdirilir. Bu işlərə yanğınsöndürən-xilasedicilərlə yanaşı, dalğıc qrupları, su vasitələri və bütün müvafiq sualtı xilasetmə xüsusi texnikası da cəlb olunub.

Cəmiyyətə məlumat vermək istəyirik ki, Mtkvari çayında aparılan xilasetmə tədbirləri çərçivəsində çayın məcrasında su səviyyəsinin təbii səviyyəyədək azaldılması planlaşdırılır. Bu isə su axınının rejiminin pozulması ilə əlaqədardır. Əhalidən xahiş edirik, ehtiyatlı olun və Ortachala SES-in aşağı biefində məcraya yaxın ərazilərdə hərəkət etməkdən çəkinin” , - deyilir bəyanatda.

Qeyd edək ki, mayın 14-də gecə saatlarında avtomobil Kür çayına düşüb. Nəqliyyat vasitəsində konkret neçə nəfərin olduğu hələlik məlum deyil. Hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumatlara əsasən, bir nəfər xilas edilib.

ŞƏRH YAZ
8