Daha bir icra başçısı İSTEFA VERİB
14.05.2025 11:50
612
Siyasət
A
Daha bir icra başçısı İSTEFA VERİB

David Kviniqadze Tbilisinin Vake rayonunun icra başçısı vəzifəsindən istefa verib və fəaliyyətini Regional İnkişaf Nazirliyində davam etdirəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bu gün keçirilən Şəhər Şurasının iclasında bildirib.

O, David Kviniqadzeyə gördüyü işlərə görə təşəkkür edib və ona uğurlar arzulayıb.

Xatırladaq ki, 13 may tarixində Batumi meri Arçil Çikovani istefa verib. Ondan öncə Kvemo Kartli qubernatoru, 12 may tarixində isə qubernator müavini Giorgi Şincikaşvili vəzifəsindən ayrıldığını elan edib.

ŞƏRH YAZ
1