
"Siyasi müxalifətin qadağan edilməsi Avropa yolu deyil".
Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının səfiri Pavel Herçinski 13 may tarixində Parlament çoxluğu ("Gürcü Arzusu") tərəfindən qanunverici orqanda üçüncü oxunuşda qəbul edilmiş "siyasi partiyaların qadağan" olunmasına dair qanun layihəsinə bu şəkildə münasibət bildirib.
O deyib ki, demokratiya çoxpartiyalı sistemi nəzərdə tutur və fərqliliklər olduqda belə, “xalq razılıq, anlayış və tolerantlıqla ortaq mövqe formalaşdırır və Avropa yoluna doğru gedir”. Onun sözlərinə görə, bu, Gürcüstanda baş vermir.
"Avropa İttifaqı bir neçə aydın prinsip üzərində qurulub. Bu prinsiplərdən biri demokratiyadır. Demokratiya çoxpartiyalı sistem deməkdir – bu, vətəndaşların siyasi partiyalar yaratmaq, seçkilərdə iştirak etmək və parlamentə namizəd olmaq imkanlarıdır. Siyasi müxalifətin qadağan olunması Avropa yolu deyil. Avropa yolu dialoqdur – fərqlər olduqda belə, insanlar razılaşma, anlayış və tolerantlıqla ortaq mövqe formalaşdırırlar və birlikdə Avropa istiqamətində irəliləyirlər. Təəssüf ki, bu, Gürcüstanda baş vermir. Ötən il gördüklərimiz çox ciddi suallar doğurur: Gürcüstan hələ də demokratik ölkədirmi? Və Gürcüstan hələ də Aİ-yə üzv olmaq istəyirmi?” , - deyə Pavel Herçinski vurğulayıb.
Xatırladaq ki, 13 may 80 səslə, yekdilliklə – parlament siyasi partiyaların qadağan olunması ilə bağlı qanunvericilik dəyişiklikləri paketini təsdiqləyib.