Qəza şəraiti yaradaraq avtomobilin Kür çayına aşmasına səbəb olan sürücü saxlanılıb
14.05.2025 17:36
909
Siyasət
A
Qəza şəraiti yaradaraq avtomobilin Kür çayına aşmasına səbəb olan sürücü saxlanılıb

Polis Tbilisidə, Kür çayının sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsinə səbəb olan sürücünü – 2002-ci il təvəllüdlü İ.S.-ni saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Aparılan istintaqla müəyyən edilib ki, İ.S. idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi üçün qəza vəziyyəti yaradıb. Nəticədə həmin avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil Kür çayına aşıb.

Yanğınsöndürən-xilasedicilər operativ müdaxilə nəticəsində avtomobildə olan şəxslərdən birini sudan sağ-salamat çıxara biliblər. Avtomobildə olan digər sərnişinlərin axtarışı və xilas edilməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir. Axtarış-xilasetmə əməliyyatına dalğıc qrupu və bütün müvafiq xüsusi texnika cəlb olunub.

Hadisə ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə aparılır,” – deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Xatırladaq ki, ötən gecə avtomobil Kür çayına aşıb. Məlumata görə avtomobildə dörd nəfər olub.

ŞƏRH YAZ
1