Kür çayında 30 saatlıq axtarış-xilasetmə əməliyyatından sonra daha 2 nəfərin cəsədi sudan çıxarılıb
15.05.2025 11:16
952
Hadisə
A
Kür çayında 30 saatlıq axtarış-xilasetmə əməliyyatından sonra daha 2 nəfərin cəsədi sudan çıxarılıb

30 saatlıq axtarış-xilasetmə əməliyyatından sonra Tbilisidə xilasedicilər, 14 may gecəsi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Kür çayına düşən avtomobili və onun içində iki nəfərin cəsədini aşkar ediblər.

Aktual.ge xəbər verir ki, avtomobil bu gün səhər saatlarında, Kür çayının məcrasında suyun səviyyəsinin süni şəkildə azaldılması nəticəsində tapılıb.

İtkin düşən digər bir şəxsin axtarış-xilasetmə əməliyyatı isə davam etdirilir.

Xatırladaq ki, 14 may tarixində səhər saatlarında içərisində 4 sərnişin olan avtomobil Kür çayına düşmüşdü. Onlardan biri xilasedicilər tərəfindən tez bir zamanda sudan çıxarılmışdı.

Hadisə ilə bağlı polis 23 yaşlı bir gənci saxlayıb.

ŞƏRH YAZ
4