
Almaniyanın yeni hökuməti “Gürcü Arzusu”nu dezinformasiyadan, Avropa İttifaqına qarşı aqressiv ritorikadan imtina etməyə, antidemokratik kursu dəyişməyə və Almaniyanın səfiri Peter Fischer-ə qarşı hücumları dayandırmağa çağırır.
Aktual.ge xəbər verir ki, bu barədə Almaniyanın yeni koalision hökumətinin Xarici İşlər Nazirliyinin “Formula”nın sorğusuna cavab olaraq göndərdiyi məktubda qeyd olunub.
"Almaniya və Avropa İttifaqı Gürcüstan hökumətinə çağırışlarını bir daha təkrar edir – Avropanın mövqeyi və siyasəti ilə bağlı saxta narrativlərin yayılmasını dayandırsın və hazırkı siyasi kursunu dəyişsin. Almaniyanın Tbilisidəki səfiri Federal Hökumətin mövqeyini təmsil edir. Qeyd edirik ki, 'Gürcü Arzusu'nun nümayəndələri tərəfindən Avropa İttifaqına və onun üzv dövlətlərinə qarşı aqressiv ritorika davam edir və bu bizi narahat edir. Almaniya səfirinə qarşı hücum qəbuledilməzdir", - deyə məktubda qeyd olunub.