Aqil Mustafayev:
15.05.2025 19:10
796
Siyasət
A
Aqil Mustafayev: "Bu ölkədə insan həyatının dəyəri etnik mənsubiyyətə görə ölçülür"

"Bu ölkədə insan həyatının dəyəri etnik mənsubiyyətə görə ölçülür".

Aktual.ge xəbər verir ki, bu sözləri müxalif "Lelo/Güclü Gürcüstan" koalisiyasının Kvemo Kartli nümayəndəsi Aqil Mustafayev sosial şəbəkədə yazıb.

"Aytaca Allahdan rəhmət, ailəsinə səbir diləyirik. Bu dərd təkcə onların deyil – hamımızındır. Aytac, başqa bir şəxsin axtarışı zamanı, Kür çayının su səviyyəsi endirildikdən sonra təsadüfən tapıldı. Artıq uzun müddət idi ki, onu heç bir qurum axtarmırdı. Onun nəşi yalnız başqaları axtarılarkən üzə çıxdı.

Faciənin böyüyü Aytacın itkin düşməsində deyil – əsl faciə onun yoxluğuna qarşı hakimiyyətin nümayiş etdirdiyi laqeydlikdədir.

Bu, yalnız bir insanın və ya bir ailənin deyil – bütün cəmiyyətin dərdidir. Aytac azərbaycanlı idi. Bunu vurğulamağa məcburuq, çünki bu ölkədə insan həyatının dəyəri etnik mənsubiyyətə görə müəyyən olunur. Təəssüf ki, bu reallığı görməməzliyə vurmaq olmur. Bu, ikili standartın, vətəndaşlara münasibətdə ayrı-seçkiliyin açıq sübutudur. Bu, hakimiyyət üçün utancverici bir haldır" , - deyə Aqil Mustafayev qeyd edib.

Xatırladaq ki, 14 may səhər saatlarında qəza nəticəsində Kür çayına düşən avtomobildəki vətəndaşların xilas edilməsi üçün Daxili İşlər Nazirliyi səhər saatlarında bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Kür çayında aparılan xilasetmə tədbirləri çərçivəsində çayın məcrasında su səviyyəsi təbii səviyyəyədək azaldılacacaq.

Qeyd edək ki, 45 gün öncə Aytac Məmmədova Kür çayı düşdüyü məlumatları yayılıb. Onun cəsədi çaya düşdüyü ehtimal edilən yerdən təxminən 40-50 metr məsafədə aşkarlanaraq ekspertizaya göndərilib, nədicədə Aytaca məxsus olduğu müəyyən olunub. Cəsəd Tbilisidə Kür çayına düşən avtomobil və onun içərisindəki sərnişinlərin axtarışı zamanı aşkarlanıb.

ŞƏRH YAZ
3