
Gürcüstanın İnfrastruktur naziri Revaz Soxadze, dövlət nümayəndəsi Levan Xarabadze, Marneulinin meri Kənan Ömərov, Parlamentin üzvü Zaur Darğallı və Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze, Marneuli şəhərində həyata keçirilən infrastruktur layihələri ilə tanış olublar.
Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat yayıb.
Qeyd olunub ki, dövlət nümayəndələri Marneulinin irimiqyaslı su və kanalizasiya layihəsinə, həmçinin Tsereteli və Şulaver kəndlərində uşaq bağçalarının tikintisinə baxıblar.
"Mərkəzi və yerli hakimiyyət nümayəndələri, Marneulinin irimiqyaslı su və kanalizasiya layihəsinə, həmçinin Tsereteli və Şulaver kəndlərində uşaq bağçalarının tikintisinə baxıblar.
Su təchizatı və kanalizasiya layihəsi Birləşmiş Su Təchizatı Şirkəti tərəfindən həyata keçirilir. Layihə şəbəkənin yenilənməsini, müasir nasos stansiyalarının və su anbarlarının tikintisini nəzərdə tutur.
Qeyd edək ki, 2024-cü ildən etibarən əhali tədricən 24 saatlıq su təchizatına keçməyə başlayıb.
Uşaq bağçasının tikintisi layihəsini Munisipal İnkişaf Fondu həyata keçirir. Hər bir uşaq bağçası 180 uşaq üçün nəzərdə tutulub və sağlamlıq imkanları məhdud insanlar üçün tam uyğunlaşdırılıb. Həyətlərdə oyun və istirahət zonaları təşkil olunacaq, inventar Marneuli Meriyası tərəfindən təmin ediləcək" , - məlumatda qeyd olunub.