
“Bu ölkədə ölümüz də dirimizdə qiymətsiz vəziyyətə salınıb rejim tərəfindən”.
Aktual.ge xəbər verir ki, bu sözlərlə "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Rəfi Orucov sosial şəbəkə paylaşımında tənqid edib.
“Gənc qızımız itkin düşən gündən bəri həyatda olduğuna dair ürəyimizdə bir ümüd və inam var idi. Lakin, bu gün cəsədin tapılması onun həyatdan köçməsini təsdiq etdi.
İstənilən ölüm faktı, faciə, qəza, hər bir insan üçün üzücüdür millətindən, irqindən asılı olmayaraq. Dünən baş vermiş qəza bizi də kədərləndirdi və təəssüfləndirdi.
Lakin, bizim anlamadığımız bəzi məqamlar var. Aytacın itkin düşməsinin 45-ci günündə, dünən avtomobilin suya düşməsindən sonra maşının axtarışının sürətləndirilməsi üçün əlavə tədbirlər dərhal tətbiq edildi. Kür çayı boyu hər 5metrdən bir əlavə işçi qüvvələsi cəlb edildi, çayın su səviyyəsi endirildi, əlavə texnika cəlb edildi və s. Nəhayətində Aytac da təsadüfən tapıldı.
Bu hadisə göstərdi ki, bu “hakimiyyət” və bu sistemdə bu cür hadisələr, cinayətlər, araşdırmalar, hüquq muhafizəsi, məhkəmə sistemi bir sözlə insan haqqları fərdi şəkildə qorunur, yani zərərçəkənin kimliyinə baxılır! Burada aydın görünür ki, milli məsubiyyət və ayrıseçkilik faktoru da var!
Bu ölkədə ölümüz də dirimizdə dəyəsiz vəziyyətə salınıb rejim tərəfindən! Aytacın itkin düşdüyü gündən çalışırıq səsimiz eşidilsin, lakin görünür ədaləti bu ölkədə çox axtaracağıq!
Aytacın ölümü ciddi şəkildə araşdırılmalıdır. Bu proses ictimaiyyət tərəfindən də diqqətdə saxlanılmalı və tələb edilməlidir!
Çox təssüfki bu cür gənc, savadlı, gözəl balamız dünyadan bu cür faciəvi şəkildə köçdü. Allah rəhmət etsin, yaxınlarına səbr versin!
Allah bu cür dərdi kimsəyə nəsib etməsin!P.S Yenə sübüt olundu ki, bizim nə nümayyəndələrimiz yoxdur, nədə səsimizi duyduranlar. Düzü heç hakimiyyətimiz də yoxdur. Bəzi yaltaqlar var və işi gücü sadəcə şəkil çəkdirənlər. Onların missiası xalqın yanında olub hüquqlarını müdafiə etmək deyil özü üçün yaşamaqdır. İnsan haqqları isə sadəcə sözdür”,- deyə Rəfi Orucov yazıb.