
Kateqoriyalar
Ötən gün, 15 may tarixində Marneulidə səfərdə olan yeni İnfrastruktur naziri Revaz Soxadze və Kvemo Kartliyə yeni təyin olunmuş qubernator Levan Xarabadze narazı şəkildə geri qayıdıblar.
Bu barədə Aktual.ge xəbər portalına etibarlı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, Marneulidə davam edən infrastruktur işləri, xüsusilə də su təchizatı və kanalizasiya sisteminin hələ də tamamlanmaması və bunun yaratdığı çətinliklər Marneuli rəhbərliyinə qarşı narazılığa səbəb olub. Dövlət rəsmiləri bu məsələlərlə bağlı narahatlıqlarını yerli rəhbərlərə ifadə ediblər.
Həmin mənbə əlavə edib ki, Marneuli rəhbərliyi ilə heç bir əlavə görüş keçirilməyib. Süfrə arxasında əyləşmək təklif olunsa da, bu təklif rədd edilib.