Gürcüstanda süd və ət istehsalı azalıb
16.05.2025 14:07
342
Siyasət
A
Gürcüstanda süd və ət istehsalı azalıb

Gürcüstanda süd və ət istehsalında azalma müşahidə olunub

Aktual.ge xəbər verir ki, Milli Statistika Xidməti 2025-ci ilin birinci rübünə dair kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı ilkin məlumatları açıqlayıb.

Hesabata əsasən, cari ilin ilk üç ayında Gürcüstanda süd istehsalı 108,5 milyon litr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalma deməkdir.

Ət istehsalı isə 17,5 min ton olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azalıb.

Bununla yanaşı, yumurta istehsalı artıb – 2025-ci ilin birinci rübündə 172,0 milyon ədəd yumurta istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.

ŞƏRH YAZ
10