
Kateqoriyalar
Mayın 18-19-da Gürcüstanda güclü qərb küləyi əsəcək.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Mayın 18-i axşam saatlarından başlayaraq, mayın 19-u səhərədək ölkənin əksər bölgələrində yağış yağacağı, bəzi yerlərdə isə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, Gürcüstanın şərqində isə dolu düşəcəyi proqnozlaşdırılır.
Gözlənilən yağıntılar nəticəsində Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artacağı, kiçik çaylarda daşqınlar, eləcə də dağlıq və dağətəyi ərazilərdə torpaq sürüşmələrinin yaranması və mövcud sürüşmələrin aktivləşməsi mümkündür. Qeyd olunur ki, təhlükə səviyyəsi orta hesab olunur.