Güclü leysan və dolu... ƏHALİYƏ XƏBƏRDARLIQ
17.05.2025 01:16
1976
Dünya
A
Güclü leysan və dolu... ƏHALİYƏ XƏBƏRDARLIQ

18-19 May tarixlərində Gürcüstanda qərb istiqamətindən güclü külək əsəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb

Məlumata əsasən, mayın 18-i axşam saatlarından 19 mayın səhərinə qədər ölkənin əksər ərazisində yağış gözlənilir, bəzi yerlərdə isə güclü leysan, ildırım, şərqi Gürcüstanda dolu yağma ehtimalı var.

“Mövcud olan yağışlar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, kiçik çaylarda daşqınlara, dağlıq və yüksək dağlıq ərazilərdə isə torpaq sürüşməsi və palçıq axını kimi geoloji proseslərin baş verməsinə və ya aktivləşməsinə səbəb ola bilər" , - agentlik əhaliyə xəbərdarlıq edib.

Eyni zamanda bildirilib ki, təhlükə səviyyəsi – ortadır.

ŞƏRH YAZ
9