Bu gün Tbilisidə geniş miqyaslı mitinq keçiriləcək
08.11.2020 10:15
568
Siyasət
A
Bu gün Tbilisidə geniş miqyaslı mitinq keçiriləcək
Bu gün noyabrın 8-də müxalifət Tbilisidə parlament binasının qarşısında geniş miqyaslı mitinq keçirəcək. Müxalifət partiyaları 31 oktyabr parlament seçkilərinin nəticələrinə tanımadıqlarını elan edərək, parlamentin leqitimliyini inkar edirlər. Aktual.ge İpn-a istinadla xəbər verir ki, müxalifət liderləri 3 noyabr tarixində ortaq bir bəyanat imzalayıb və ölkədə təkrar seçkilərin keçirilməsinə razı olduqlarını, bütün partiyalar əldə etdiyi mandat sayından imtina etdiklərini söyləyiblər. Belə ki, 8 oktyabr müxalifət partiyaları Tbilisidə müxtəlif yerlərdə toplanaraq ardından saat 15:00-da Rustavelidə parlament binasının qarşısına toplanacaq və mitinqə start veriləcək. Bu günkü aksiyaya bölgələrdən də qatılanların olacağı istisna edilmir.
ŞƏRH YAZ
0