Sutkalıq koronavirus göstəricisi göz qamaşdırır - Ölənlərin sayında rekord qeydə alındı
08.11.2020 11:23
485
Sağlamlıq
A
Sutkalıq koronavirus göstəricisi göz qamaşdırır - Ölənlərin sayında rekord qeydə alındı
Gürcüstanda son sutkada koronavirusa 2 901 yeni yoluxma halı qeydə alınıb, 2 799 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Beləliklə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 57 753-ə çatıb. Onların 42 572-si sağalıb, 475-i isə ölüb. Hazırda karantin zonalarında 2 964, stasionar nəzarətdə isə 4 691 nəfər var. 2 879 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
ŞƏRH YAZ
14