
Kateqoriyalar
Gürcüstan Prokurorluğu, Marneuli və Hucabi yepiskopu Giorgi Jamdelianinin müxtəlif media vasitəsilə yayılmış, onun qəsdən öldürülməsinə dair hazırlıq faktı ilə bağlı verdiyi bəyanatlar əsasında araşdırmaya başlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.
"Gürcüstan Prokurorluğunda araşdırma Cinayət Məcəlləsinin 18,108-ci maddəsi (qəsdən adam öldürməyə hazırlıq) ilə başlanılıb.
Araşdırma çərçivəsində bütün zəruri istintaq və prosessual hərəkətlər həyata keçiriləcək", – deyə bəyanatda qeyd olunub.
Məlumat üçün bildirək ki, Marneuli və Hucabi yepiskopu Giorgi Jamdeliani iddia edir ki, hakimiyyətin fəaliyyətdə olan üzvü onun öldürülməsini planlaşdırıb. O, bu barədə kilsədəki xütbəsində danışıb.