
Kateqoriyalar
Rusiyaya məxsus "Boeing 747" təyyarəsi Moskvanın Şeremetyevo hava limanında təcili eniş etməyə hazırlaşır.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.
Bildirilib ki, Anadıra uçan təyyarə hazırda yanacaq yandırmaq üçün Moskva üzərində məcburi dövrə vurur. Paytaxtdan havaya qalxdıqdan bir müddət sonra təyyarədə problemlər yaşanmağa başlayıb. Kapitan Şeremetyevoya qayıtmaq qərarına gəlib.
Məlumata görə, təyyarədə 282 sərnişin var.