Sürücülərə şad xəbər: Yanacağın qiyməti yenə ucuzlaşdı | RƏQƏMLƏR
09.06.2025 00:27
1394
İqtisadiyyat
A
Sürücülərə şad xəbər: Yanacağın qiyməti yenə ucuzlaşdı | RƏQƏMLƏR

Gürcüstanda son günlərdə yanacağın qiymətində ucuzlaşma davam edir. 

Aktual.ge xəbər verir ki, bəzi brend yanacaqdoldurma məntəqələrində son 10 gün ilə müqayisədə 10 tetriyə qədər müxtəlif növ yanacaq növlərinin qiyməti ucuzlaşıb, qiymət ucuzlaşması əsasən "SOCAR", "Gulf" və "Rompetrol"da müşahidə olunub, digərlərində isə qiymətlər hələ də dəyişməz olaraq qalır.

Aktual.ge hazırda brend yanacaqdoldurma məntəqələrində yanacağın ən son qiymətlərini təqdim edir: 

SOCAR

- Nano Super – 3.40 lari

- Nano Premium – 2.95 lari

- Nano Euro Regular – 2.75 lari

- Euro 5 Dizel – 2.89 lari

Gulf 

- G-Force Super – 3.37 lari

- G-Force Premium – 2.97 lari

- G-Force Euro Regular – 2.87 lari

- Euro Regular – 2.77 lari

- G-Force Euro Dizel – 2.93 lari

Rompetrol

- Efix Super – 3.45 lari

- Efix Euro Premium – 3.03 lari

- Euro Regular – 2.77 lari

- Efix Euro Dizel – 2.96 lari

- Euro Dizel – 2.86 lari

Wissol

- Eko Super – 3.39 lari

- Eko Premium – 2.97 lari

- Euro Regular – 2.79 lari

- Euro Dizel – 2.83 lari

- Eko Dizel – 2.91 lari

- Dizel Energy – 2.78 lari

Portal

- Premium – 2.74 lari

- Euro Regular – 2.54 lari

- Euro Dizel – 2.69 lari

Məlumat üçün bildirək ki, 6 iyun 2025-ci il tarixində qlobal neft bazarında qiymətlər müsbət dinamika nümayiş etdirib. Brent markalı neft 66.65 ABŞ dolları səviyyəsinə yüksələrək həftəlik 4% artım göstərib. ABŞ-ın WTI markalı xam nefti isə 64.77 dollarla bağlanaraq gündəlik 2.2%, həftəlik isə ümumilikdə 6.5% artım qeyd edib. Bu yüksəlişlər, son üç həftə ərzində ilk müsbət həftə kimi qiymətləndirilir. Qiymət artımı əsasən qlobal tələbin artması və bazarda təklifin sabitliyi ilə əlaqələndirilir.

ŞƏRH YAZ
3