09.06.2025 16:32
380
Din
A
"Əmin" fondu qurban bayramında valideyn himayəsidən məhrum uşaqları sevindirib

"Əmin" Fondu Qurban Bayramı Münasibətilə Ailələrə Qurbanlıq Ət Paylayıb

Qurban bayramı münasibətilə "Əmin" yardım fondu valideyn himayəsindən məhrum uşaqların ailələrinə qurbanlıq ət paylayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Bildirilbi ki, Fond tərəfindən 8 kiçik buynuzlu heyvan kəsilib və 2 kiloqramdan ibarət ət payları 64 ailəyə çatdırılıb. Bu ailələrdə ümumilikdə 106 uşaq atasız və ya anasız uşaq mövcuddur.

"Yardımların reallaşmasında xeyirsevər şəxslərin böyük dəstəyi olub. Yardım aksiyası Gürcüstanın müxtəlif bölgələrini əhatə edib.

Qeyd edək ki, 'Əmin' fondu hər ay öz üzvlərindən toplanan ianələr hesabına valideyn himayəsindən məhrum uşaqlara dəstək göstərir. Fond, həmçinin ictimaiyyəti bu təşəbbüsə qoşularaq daha çox uşağa yardım etməyə çağırır.

'Əmin' fondu yardım kampaniyasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirir" , - məlumatda deyilir.

 

ŞƏRH YAZ
0