Bazarda yaz təamları var, alıcılar yox: Qiymətlər
10.06.2025 00:45
590
İqtisadiyyat
A
Bazarda yaz təamları var, alıcılar yox: Qiymətlər "cibi yandırır" - VİDEO

Fəsil dəyişdikcə bazarların piştaxtaları da mövsümi meyvə və tərəvəzlərlə rəngarəng görünür. Bəs görəsən, hazırda bazar və marketlərdə bu mövsümi məhsulların qiyməti necədir?

Marneuli bazarında tərəfimizdən aparılan sorğu nəticəsində məlum oldu ki, bu günlərdə bazarlarda alıcı sayı azdır. Halbuki yaz fəslinin nemətləri – alça, çiyələk, gilənar kimi mövsümi meyvələrin dövrüdür. Lakin qiymətlərin hələ də yüksək olması müştərilərin sayına təsir edir.

Hazırkı qiymətlərə gəldikdə isə, çiyələyin kilosu 12 lari, gilas 20, bəzi yerlərdə isə 25 lariyə təklif olunur. Ərik 10 lari, şaftalı isə 15 lariyə satılır.

Satıcılar da təsdiqləyirlər ki, bu il mövsümə baxmayaraq, xüsusilə gilas və vişnənin qiyməti əvvəlki illərlə müqayisədə daha bahadır. Məhsul az olduğundan, qiymətlər də yüksəkdir.

Daha ətraflı Marneuli bazarından hazırladığımız video süjeti təqdim edirik:

ŞƏRH YAZ
4