10.06.2025 11:23
544
Siyasət
A
"Xareba" istefaya göndərilib

Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəisi vəzifəsində Zviad Xarazişvilini ("Xareba") Roman Karçivadze əvəz edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

“Daxili İşlər Nazirliyində daha bir dəyişiklik Xüsusi Tapşırıqlar Departamentini əhatə edib – həmin departamentin direktoru vəzifəsinə Roman Karçivadze təyin olunub”, – deyə qurumun yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Zviad Xarazişvili nümayişçilərə qarşı zorakılıq və güc tətbiqi ittihamı ilə bir sıra ölkələr tərəfindən sanksiyalara qoyulub.

ŞƏRH YAZ
1