Gürcüstan Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri aparılıb
10.06.2025 11:45
252
Siyasət
A
Gürcüstan Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri aparılıb

Gürcüstanın Daxili İşlər Nazirliyində genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib.

Aktual.ge xəbər verir ki, Nazirliyin yaydığı rəsmi məlumata görə, bu dəyişikliklər hüquq-mühafizə sisteminin daha da gücləndirilməsi və inkişaf etdirilməsi məqsədilə aparılıb.

Yeni təyinatlara əsasən:

  • Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teimuraz Kupatadze Mühafizə Polisi Departamentinin rəhbəri vəzifəsinə təyin olunub;

  • Mərkəzi Kriminal Polis Departamentinin yeni direktoru həmin departamentin direktor müavini David Kiknadze olub;

  • Tbilisi Polis Departamentinin direktoru vəzifəsinə Vaja Siradze gətirilib;

  • Tbilisi Polis Departamentinin direktor müavini Levan Maisuradze Patrul Polisi Departamentinin direktoru təyin olunub;

  • Tbilisi Polis Departamentinin keçmiş direktoru Laşa Qogniashvili Kaxeti Polis Departamentinə rəhbər təyin edilib;

  • Kaxeti Polis Departamentinin keçmiş direktoru Teimuraz Kalandadze Mtsxeta-Mtianeti Polis Departamentinin rəhbəri olub;

  • Kvemo Kartli Polis Departamentinin yeni direktoru Levan Kvitsiani təyin edilib;

  • Kvemo Kartli Polis Departamentinin sabiq rəhbəri Quram Natsvlişvili Samtsxe-Cavaxeti Polis Departamentinin rəhbəri təyin olunub;

  • Samtsxe-Cavaxeti Polis Departamentinə rəhbərlik edən Ramaz Tataraşvili İmereti Polis Departamentinin direktoru vəzifəsinə keçirilib;

  • İmereti Polis Departamentinin əvvəlki rəhbəri Zaza Tsxakaia Quria Polis Departamentinə təyin olunub;

  • Şida Kartli Polis Departamentinə isə Tbilisi Polis Departamentinin direktor müavini Kaxaber Muradaşvili rəhbərlik edəcək.

Nazirlikdən bildirilib ki, bu kadr dəyişiklikləri hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və strukturun modernləşdirilməsi məqsədi daşıyır.

ŞƏRH YAZ
10