Qanlı hadisə: Həmyerlisini ov tüfəngi ilə qətlə yetirib - VİDEO
10.06.2025 12:10
1048
Kriminal
A
Qanlı hadisə: Həmyerlisini ov tüfəngi ilə qətlə yetirib - VİDEO

Qori bələdiyyəsinin Mejvrisxev kəndində bir kişi həmyerlisi tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs artıq saxlanılıb.

"Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.T.-ni qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlayıblar.

Cinayət əməli 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Qori bələdiyyəsinin Mejvrisxev kəndində, əvvəllər baş vermiş münaqişə zəminində yaranmış mübahisə zamanı, ov tüfəngi ilə atəş açaraq həmin kəndin sakini, 1978-ci il təvəllüdlü V.J.-yə boyun nahiyəsindən xəsarət yetirib. Yaralanan şəxs tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Polis hadisə zamanı istifadə olunan cinayət alətini maddi sübut kimi götürüb.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi – qəsdən adam öldürmə – ilə aparılır" , - məlumatda deyilir.

ŞƏRH YAZ
10