11.06.2025 01:00
719
Siyasət
A
"Gürcü Arzusu" seçkilərə gedir, bəs müxalifət? - VİDEO

Bu il oktyabrın 4-də Gürcüstanda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə hakim “Gürcü Arzusu” partiyasının rəsmiləri hazırlaşdıqlarını bəyan edir. Seçkilərə təxminən 4 ay qalmasına rəğmən Baş nazir İrakli Kobaxidze açıqlamalarında dəfələrlə bəyan edib ki, ölkənin 64 bələdiyyəsinin hər birində mer və bələdiyyə məclislərində qələbə ilə çoxluq əldə edəcəklər.

Bir sıra müxalifət partiyaları isə yerli seçkilərdə iştirak etməyəcəklərini söyləyir.

Onlar iddia edir ki, ötən ilki parlament seçkiləri saxtalaşdırılıb və hazırda mövcud hökumət qeyri-legitimdir. Bundan əlavə, müxalif "Qaxaria Gürcüstan Naminə" partiyası, eləcə də "Lelo" partiyası seçkilərdə iştirak edəcəklərinə işarə ediblər.

Müstəqil siyasətçi Əhməd İmamquliyev hesab edir ki, müxalifət ya birlikdə bu seçkidə iştirak etməlidir ya da heç iştirak etməməlidir.

"Vahid Milli Hərəkat" partiyasının üzvü Ramal Əhmədov isə yerli seçkilərin Parlament seçkiləri ilə birlikdə keçirildiyi təqdirdə iştirak edəcəylərini bildirib. 

"Dəyişikliklər Naminə Koalisiya"nın nümayəndəsi Oqtay Kazımov bildirib ki, onlar bu il keçiriləcək yerli seçkilərdə iştirak etməcəyəklər.

Daha ətraflı Natela Əlləzovanın hazırladığı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
6