
14 iyun saat 15:00-da Marneuli Mədəniyyət Evində "Aktual Media" tərəfindən ərsəyə gətirilmiş "Novella" bədii-sənədli filminin gürcü dilində olan versiyasının qala gecəsi keçiriləcək.
Tədbirə giriş sərbəstdir və hər kəs iştirak edə bilər.
"Novella" filmi Gürcüstanda yaşayan azərbaycanlılara qarşı mövcud olan bir sıra stereotiplərin aradan qaldırılması məqsədilə çəkilib. Eyni zamanda, film bu icmanın mədəni irsini və cəmiyyətə verdiyi töhfələri vurğulayaraq daha geniş auditoriyaya tanıtmağı hədəfləyir. Filmdə Gürcüstanın demək olar ki, bütün sahələrində çalışan etnik azərbaycanlıların təqdim olunması və tanıdılması da əsas məqsədlərdəndir.
Qeyd edək ki, filmin Azərbaycan dilində olan versiyasının ilk qala gecəsi 28 fevral 2025-ci il tarixində Marneuli Mədəniyyət Evində böyük maraqla qarşılanmışdı, eyni ilə aprel ayının 26-də Qardabani şəhərində baş tutmuşdu.
"Novella" bədii-sənədli filmi "Aktual Media" tərəfindən, Marneulidən olan bir sıra iş adamlarının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gətirilib.